Bakıdakı 6 marşrut xətti satışa çıxarıldı
    • 10-09-2018, 11:00
    • 1 110

Bakıdakı 6 marşrut xətti satışa çıxarıldı

Bakı Nəqliyyat Agentliyi (BNA) 1, 2, 18, 61, 147 və 217 nömrəli müntəzəm marşrut xətlərini müsabiqəyə çıxarıb.
Bu barədə News24.az-a  BNA-dan verilən məlumatda bildirilir.

"Daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır.

Müsabiqədə iştirak etmək istəyənlər BNA-ya müraciət edə bilərlər", - mılumatda qeyd olunub.