Bakılı Rusiyada yüksək vəzifəyə təyinat aldı
    • 4-10-2018, 14:35
    • 653

Bakılı Rusiyada yüksək vəzifəyə təyinat aldı

Vladimir Putin Aleksandr Belqova Sankt-Peterburqun qubernatoru vəzifələrini müvəqqəti icra etməyi tapşırıb. 

 Bununla bağlı Rusiya KİV məlumat yayıb. 

Bu qərar Putin, Belqov və Poltavçenkonun (Peterburqun bir müddət əvvəl istefaya göndərilən qubernatoru - red.) üçtərəfli görüşü zamanı verilib. Buna qədər Belqov Şimal-Qərb federal dairəsində Rusiya Federasiyasının prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb. 

Aleksandr Dmitriyeviç Belqov 1956-cı il mayın 19-da Bakıda doğulub. Onun atası İkinci Dünya Müharibəsinin iştirakçısıdır. 

1983-cü ildə o, Leninqrad İnşaat Mühəndisliyi İnstitutunu sənaye və mülki mühəndislik ixtisası üzrə bitirib. 

//Oxu.az