Özünü müasir dövrün Mehdisi adlandıran Adnan Oktara Hacı Şahindən cavab
    • 11-07-2018, 15:19
    • 1 193

Özünü müasir dövrün Mehdisi adlandıran Adnan Oktara Hacı Şahindən cavab

Özünü gah Mehdi, gah Harun Yəhya  elan edən Adnan Oktar bu gün müridləri ilə birlikdə həbs olundu.  Özünü dindar hesab edən Adnan Hoca barəsində Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nümayəndəsi  Hacı Şahin Həsənlinin fikrini öyrənmək istədik.

Hacı Şahinin Adnan Oktar barəsində News24.az-a bu fikirləri səsləndirdi: “Görünür ki, bu insan dindən öz maraqları üçün istifadə edir. Hamıya məlumdur ki, o din adıyla bir oyunbazlıq edib, dini gözdən salırdı. Mən bilmirdim onu kim idarə edirdi ,nəyə qulluq edirdi. Onun hərəkətlərinin dinlə dabandabana zidd olduğu bəlli idi. Onun dinlə pərdələnməsi normal düşüncəli insanlar bəlli idi. Müxtəlif ölkələrdə belə kompaniyalar aparılır elə Adnan Oktar kimilər də bunun tərkibinə daxildir”-deyə o qeyd edib. 

Adnan Oktarın Azərbaycandakı əlaqələri barəsində sualı cavablandıran QMİ nümayəndəsi deyib ki, “Onu kim çağırır, kim dəstəkləyir və kim maliyyə dəstəyi verir ondan xəbərsizəm bu barədə məlumatım yoxdur. QMİ Adnan Oktarla heç bir əlaqə saxlamayıb”

Elvin Nüsrətoğlu