Ərə getməməyiniz üçün - 9 SƏBƏB
    • 13-12-2018, 13:25
    • 1 271

Ərə getməməyiniz üçün - 9 SƏBƏB

Ailə həyatı qurmaq hər bir xanımın ən böyük arzusudur.

Lakin bu istək bir çox hallarda xanımın arzusuna görə deyil, ətrafındakıların istəyi və basqısına görə reallaşır.

News24.az olaraq ərə getməməyiniz üçün 9 səbəbi yayımlayırıq:

1 Onun sosial statusu sizi cəlb edir

Qadınlar tanınmış kişiləri bəyənir. O tələb olunan, məşhur və liderdir. Bu tip kişilərin varlı və ya ağıllı olması mütləq deyil. Xarizmatik olmaları kütləni arxasınca aparmasına kifayət edir.

2 Yaraşıqlı olması

Qızlar gənc yaşdan yaraşıqlı oğlanlara maraq göstərir. Onlar həmin şəxsin gözəlliyinin ardında nələrin gizlədiyi ilə maraqlanmır. Burada günahkar isə instinktidir.

Beyin övlad üçün potensial namizədi seçir. Lakin siz, sağlam və yaraşıqlı övlad dünyaya gətirmək üçün ailə qurmusunuz.

3 Sizi ailə qurmağa valideynləriniz məcbur edir

İllər öncə cütlüyün nigaha girməsi hər iki ailənin razılığı ilə baş tuturdu. Bu tip ailələrdə xoşbəxtlik az olurdu. Baxmayaraq ki, bu adət artıq dəbdə deyil, bir çox valideynlər qızlarını məhz özləri istədikləri oğlanla ailə qurmağa vadar edir.

4 İctimai rəyin təziqi

Rəfiqələrinizin ailə həyatı qurması, uşaq dünyaya gətirməsi və evlilik haqda gözəl sözlər deməsi sizə psixoloji təsir göstərir.

5 Alınmayan sevgi münasibətlərini unutmaq üçün

Növbəti ayrılıqdan və ya boşanmadan sonra xanımlar nəzərini təsəlli tapa biləcəkləri birinə salır.

6 Keyfiyyətli seks üçün

Ehtiraslı biri ilə tanış olmusunuz və o, sizi yataqda tam təmin edir. Hətta günlərlə yataqdan çıxmaq istəmirsiniz. Lakin siz, ilk olaraq münasibət qurub daha sonra seks barədə düşünməlisiniz.

7 Valideynlərin zülmündən qaçmaq üçün

Ailədə olan sərt qaydalar qızların gələcəyi üçün təhlükəlidir. Hazırda uşaqların qaçmaq istədikləri ailələr var.  Uşaqlar böyüsə də qaçmaq arzusu hələ də qalır. Bu tip ailələrdə münasibətləri korlayan bir şəxs var.

Əslində isə ailədən qaçmaq yox, onlardan aralanıb ayrıca şəxsiyyət olmaq lazımdır.

8 Tək qalmaqdan qorxmaq

İndiki cəmiyyətdə tək qalmaq bir çoxlarını qorxuya salır. Tənhalıq damğasından qurtulmaq üçün qadın ailə qurmağa üstünlük verir. Əksər hallarda isə bu şəxs heç də həmin xanım üçün uyğun biri sayılmır.

9 Fal, öncə görücülük və inanclara əsaslanaraq

Zamanımızda bir çoxları gündəlik həyatdan bezərək mistikaya müraciət edirlər. Lakin gələcək həyat yoldaşını fal və ya öncə görücülüklə axtarmaq heç də ciddi iş deyil.

//News24.az