ABŞ Ukraynada qanunsuz silah alverinə qarşı mübarizəyə başlayır
Dünya
ABŞ Dövlət Departamenti Ukraynada qeyri-qanuni silah alverinə qarşı mübarizəyə başlayacaq.
News24.az xəbər verir ki, bununla bağlı ABŞ Beynəlxalq Təhlükəsizlik Bürosu bəyanat yayıb.
Bildirilib ki, məqsəd üçün ABŞ Dövlət Departamentinin İxraca Nəzarət Əməkdaşlığı İdarəsi tərəfindən 3,9 milyon dollar qrant ayrılıb. Gələcəkdə məbləğ artırıla bilər.
Bu yolla Vaşinqtonun öz təhlükəsizliyini təmin etməyə və regional tərəfdaşlar potensialını artırmağa çalışdığı qeyd edilib.
Ukrayna bu layihənin sınaq meydanına çevriləcək. Gələcəkdə onun digər regionlara: Balkanlara, Qafqaza və Mərkəzi Asiyaya da genişləndirilməsi planlaşdırılır.
Eyni zamanda, Rusiya və Çin əsas təhlükə kimi qəbul edilir. /Ren.tv/
Teymur MƏMMƏDOV