Məşhur azərbaycanlı iş adamı sanksiya siyahısından - ÇIXARILDI
Siyasət
Avropa İttifaqı rusiyalı iş adamları Qriqori Berezkin, Aleksandr Şulqin və azərbaycanlı milyarder Fərhad Əhmədovu sanksiya siyahısından çıxarıb.
News24.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi sənədində deyilir.
Avropa İttifaqı bu şəxslərə qarşı sanksiyaları uzatmayıb, məhdudiyyətlər sentyabrın 15-də başa çatıb.
“İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin təklifini nəzərə alaraq, daha üç şəxs haqqında yazılar bu əlavədən çıxarılsın”, - sənəddə rusiyalı iş adamlarının adları qeyd edilir.
Akqabay
