Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı sənəd qüvvəyə - minəcək
Siyasət
Azərbaycan Respublikası ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş hüquqi qüvvəyə minəcək.
New24.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin payız sessiyasında oktyabrın 2-də keçiriləcək ilk iclasının gündəliyində müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” 2023-cü il aprelin 24-də Bakı şəhərində imzalanıb.