Bakıda narkotik satan dəstəyə - hökm oxundu

Bakıda narkotik satan dəstəyə - hökm oxundu Siyasət

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi də təqsirləndirilən dəstə üzvlərinin işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Məhkəmənin hökmü ilə dəstə üzvləri Xanım Tağıyeva və İsmət Bədəlovun hər biri 8 il azadlıqdan məhrum edilib. 

İttihama görə, hüquq-mühafizə orqanları əməkdaşlarının Bakıda keçirdikləri əməliyyat zamanı X. Tağıyeva və İ. Bədəlov saxlanılıb. Baxış zamanı onlardan narkotik vasitə aşkar edilərək götürülüb. 

Samir Əli