Ceyhun Bayramov Serbiya XİN rəhbəri ilə görüşdü
Siyasət
Azərbaycan Serbiya şirkətlərini Qarabağ və Şərqi Zəngəzura dəvət edib.
News24.az xəbər verir ki, dəvəti xarici işlər naziri Ceyhun Bayramov noyabrın 7-də Belqradda Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiçlə görüşdə çatdırıb.
Görüş zamanı Serbiyadan olan şirkətlər və investorlar Ələt Azad İqtisadi Zonada, eləcə də Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi genişmiqyaslı bərpa işlərində iştirak etmək, eləcə də bu bölgələrdə mümkün investisiya sahələrini araşdırmaq üçün dəvət olunub.
***
Serbiyada səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı İvitsa Daçiçlə görüşüb.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.
"Görüşdə müxtəlif mövzularda hərtərəfli müzakirələr aparılıb və strateji tərəfdaşlığın daha da inkişafı üçün ortaq məqsədlər qeyd edilib", - qeyd edilib.