Ermənistandan rusları əsəbləşdirəcək daha bir - ADDIM

Ermənistandan rusları əsəbləşdirəcək daha bir - ADDIM Siyasət

Ermənistanda Rusiya televiziyası qadağan oluna bilər.

News24.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim "Vətəndaş müqaviləsi" fraksiyasının deputatı Lusine Badalyan yerli kanallardan birində deyib.

"Bu məsələlər müzakirə olunur. Hansı qərarın qəbul edildiyini müvafiq qurum bildirəcək. Bu məsələ artıq xeyli vaxtdır ki, müzakirə olunur", - o deyib.

Badalyanın sözlərinə görə, dövlətin təhlükəsizliyi üçün təhdid olduğu təqirdə bu addımlar atılmalı və qərar qəbul edilməlidir.