Ermənistanın keçmiş deputatı - saxlanıldı
Siyasət
Ermənistanda keçmiş deputat Araqats Axoyan saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə “Kamk” müxalifət qrupunun üzvü Vaaqn Çaxalyan bildirib.
“Biz bir neçə siyasi məhbusun azadlığa buraxılmasına sevindiyimiz bir vaxtda rejim yenilərini həbs etməyə başladı. Bu, demokratiyanın qalasıdır. Hörmətli Axoyan, dözümlü ol”, - Çaxalyan deyib.
Erməni mətbuatının məlumatına görə, Axoyan sosial şəbəkədə zorakılığa çağıran yazı dərc etdiyi üçün saxlanılıb.
Ayşən