"Moskvadan imtina Ermənistan dövlətini məhv edəcək” - Şok Ukrayna ssenarisi
Siyasət
“İrəvan Vaşinqtonun xeyrinə c ilə əməkdaşlıqdan imtina edərsə, Ermənistanda Ukrayna ssenarisi baş verə bilər”.
News24.az “RİA Novosti”-yə istinadla xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxin bildirib.
“Erməni icmasında hesab edirlər ki, ABŞ-la münasibətlər saxta xarakter daşıyır. Mən bu tezislə razıyam, çünki bir tərəfdən ABŞ orada hərbi mövcudluğunda maraqlıdır, digər tərəfdən, bu ölkə üçün məsuliyyəti öz üzərlərinə götürmək niyyətində deyillər. Ona görə də sonda Ukraynanın başına gələnlər olacaq: Ermənistan dövləti tamamilə məhv olacaq”, - ekspert Cənubi Qafqazda vəziyyətə həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, “Qarabağ ətrafında yaranmış vəziyyətdən sonra Ermənistan cəmiyyətində məyusluq yaranıb ki, bu da İrəvanı bütün Cənubi Qafqaz regionu üçün düzəlməz nəticələrə səbəb olacaq addımlar atmağa sövq edə bilər”.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, İrəvan Ermənistanla Rusiya arasında çoxəsrlik əlaqələri pozmağa, ölkəni Qərbin geosiyasi oyunlarının girovuna çevirməyə cəhd etməklə səhv edir. Nazirlik qeyd edib ki, Ermənistan əhalisinin böyük əksəriyyəti bunu başa düşür.
Akqabay