Paşinyan II Qareginlə bağlı göstəriş verdi
Siyasət
Kilsəyə təzyiqini davam etdirən Ermənistan Baş naziri Nikol Paşinyanın son məqsədi bütün ermənilərin katolikosu II Qareginin istefasına nail olmaqdır.
News24.az xəbər verir ki, bu barədə Teleqraf məlumat yayıb.
Erməni nəşri bildirib ki, baş nazir hüquq-mühafizə orqanlarına kilsəyə qarşı fəaliyyətini gücləndirməyi tələb edərək, göstəriş verib.
“Qəzetimizin mənbələrinə görə, Paşinyanın əsas məqsədi katolikos II Qareginin istefasıdır. Baş nazir əmindir ki, bir neçə din adamı həbs olunsa, katolikos özünü itirəcək və könüllü olaraq gedəcək”.