Paşinyan sirri açdı: - Putinlə 5 il əvvəl Soçidə...
Siyasət
“2018-ci ildə Soçidə Rusiya Federasiyasının Prezidenti ilə aramızda olan ilk görüşlə bağlı bir sirri açmaq istəyirəm”.
News24.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziya kanalına müsahibəsində deyib.
“Rusiya Federasiyasının Prezidenti dedi: “Mən bilirəm ki, Rusiyanın müxtəlif ölkələrin işlərinə qarışması, onların suverenliyini daim aşağılaması barədə çoxlu şayiələr var. O, Ermənistanın müstəqilliyinə, suverenliyinə və qərar qəbul etmək azadlığına qeyd-şərtsiz hörmət etdiyini bir daha təsdiqlədi. Biz münasibətlərimizi mahiyyətcə həmin ilk söhbətdə əldə olunmuş razılaşmalar əsasında qururuq. Biz heç nəyi dəyişmirik, heç bir öhdəliyimizi yerinə yetirməkdən imtina etməmişik”, - deyə o bildirib.
Akqabay