Paşinyanın bəhs etdiyi üç prinsip - Bakı hansı ilə razıdır?
Siyasət
Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında bildirib ki, Azərbaycanla razılaşdırılmış 3 əsas sülh və nizamlanma prinsipi var. Onun sözlərinə görə, bu prinsiplərə əməl olunsa, sülh müqaviləsinin imzalanması reallığa çevriləcək.
News24.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı qeyd edib ki, üçün prinsipdən biri Bakı tərəfindən qəbul edilsə də, digər iki məsələdə yanaşma fərqliliyi var:
"Paşinyan sülh sazişinin hazırlanması çərçivəsində Azərbaycanla üç prinsipin razılaşdırıldığını bəyan edib:
- Ermənistanın 29,8 min, Azərbaycanın 86,6 min kvadratkilometr ərazisi qarşılıqlı olaraq tanınır;
- Sərhədin delimitasiyası Almatı bəyannaməsi əsasında aparılacaq: tərəflər qəbul edir ki, sovet respublikalarının inzibati sərhədləri ölkələrin dövlət sərhədidir və bu toxunulmazdır;
- Ölkələrin yurisdiksiyasında fəaliyyət göstərəcək regional kommuniasiyalar bərabərlik və qarşılıqlı şəkildə açılacaq;
Birinci prinsip Bakı tərəfindən qəbul edilsə də, digər iki məsələdə yanaşma fərqliliyi var və Nikolun açıqladığı daha çox Ermənistanın istəyi – arzusudur, hərçənd, erməni baş nazir “razılaşdırıldığını” iddia edir. Bakının bu “razılaşmadan” xəbəri varmı, orası müəmma olaraq qalır”.
Akqabay