Rusiya hərbçiləri Gürcüstan vətəndaşını - qətlə yetirdi - VIDEO

Rusiya hərbçiləri Gürcüstan vətəndaşını - qətlə yetirdi - VIDEO Siyasət

Rusiya işğalçı qüvvələrinin nümayəndələrinin işğal altındakı Cənubi Osetiya bölgəsinin Qori munisipalitetinin Kirbali kəndi ərazisində açdıqları atəş nəticəsində 1 nəfər Gürcüstan vətəndaşı həlak olub.

News24.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilir ki, bundan əlavə işğalçı qüvvələrin nümayəndələri digər bir Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər.

DTX-dən verilən məlumata görə, faktla bağlı dərhal “qaynar xətt” işə salınıb, Avropa İttifaqının monitorinq missiyasına və Cenevrə beynəlxalq müzakirələrinin həmsədrlərinə məlumat verilib. Bildirilir ki, qanunsuz olaraq həbs edilən vətəndaşların azad edilməsi istiqamətində bütün mövcud mexanizmlərdən istifadə edilir. Baş verənlərin məsuliyyəti isə tamamilə işğalçı rejimin üzərinə düşür.

Qeyd edək ki, Prezident Salome Zurabişvili və Baş nazir İrakli Qaribaşvili beynəlxalq ictimaiyyəti Kirbalidə baş verənlərə müvafiq qiymət verməyə və reaksiya verməyə çağırıb.

Aynurə