"Rusiya və ABŞ Qarabağda öz maraqlarını güdür"- - İranlı DİPLOMAT
Siyasət
İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani İLNA-ya müsahibə verib.
News24.az xəbər verir ki, o, müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərindən də danışıb.
“Qarabağ böyük oyunçuların aktiv olduğu kiçik bölgədir ki, burada ABŞ və Rusiyanın öz maraqları uğrunda qarşı-qarşıya gəldiyini açıq şəkildə gömək olar. Qarabağ münaqişəsində çoxlu konsepsiyalar və oyunçular yer alıb
Bakı və İrəvan diqqətli olmalıdır ki, Rusiya və ABŞ bu məsələdə öz maraqlarını güdür; Belə ki, Ermənistan bu yaxınlarda avropalı müşahidəçiləri öz ərazisinə gətirib, digər tərəfdən, ABŞ ordusu ilə birgə hərbi təlim də keçirib. Qərbin burada fəallaşmasının səbəbi bu idi ki, Moskvanın Ukrayna müharibəsi ilə məşğul olmasından öz xeyrinə istifadə etsin.
Həqiqət budur ki, Moskva Qafqazda cari baş verənlərdə əsas söz sahibi kimi kiçik ölkələri gücləndirmək üçün tədbir görməlidir. Bütün bunlar baş verərkən, bəzi xəbərlərdə iddia olunur ki, Azərbaycan tezliklə Zəngəzura hücum edəcək, lakin mən hesab edirəm ki, bu baş verməyəcək”.
Aydan