Terrorçulara dəstək verənlər lazım olan cavabı alacaqlar - Türk general

Terrorçulara dəstək verənlər lazım olan cavabı alacaqlar - Türk general Siyasət

Türkiyə təhlükəsizlik qüvvələri ölkənin 64 əyalətində PKK-ya qarşı “Qəhrəmanlar” əməliyyatına başlayıb. Antiterror əməliyyatları nəticəsində 928 şübhəli saxlanılıb. Əməliyyatlarda 960 komanda və ümumilikdə 13 min 440 təhlükəsizlik əməkdaşı iştirak edir.

Türkiyə Hava Qüvvələri Akademiyasının rəhbəri, ehtiyatda olan general-mayor Kürşat Atılqan News24.az-a bildirib ki, PKK uzun illər Türkiyəyə qarşı istifadə edilən xarici kəşfiyyat təşkilatlarının rəhbərlik etdiyi və planladığı bir təşkilata çevrilib.

“Türkiyə gücləndikcə, regionda və dünyada daha aktiv rol oynamağa başladıqca, təəssüf ki, ölkəmizdə terrorçuların xain fəaliyyətləri davam edəcək. Ancaq Türkiyə dövləti uzun illər terrora qarşı qəhrəmancasına və uğurlu mübarizə aparıb. Bu gün də bu mübarizə davam edir. Ölkədə başladılan genişmiqyaslı əməliyyat da bu çərçivədə uğurla davam edir və ayrı-ayrı vilayətlərdə separatçı terror təşkilatına dəstək verən şəxslər lazım olan cavabı alacaqlar. Türkiyə və Türk dünyasının bu cür bəlalardan tamamilə xilas olması üçün terrorçulara zərbələr vurulacaq”, - K. Atılqan qeyd edib.

Akqabay Mıradov

Terrorçulara dəstək verənlər lazım olan cavabı alacaqlar - Türk general