Türkiyəli məşhur müğənni məhkəmə qərarı ilə Barış Manço oldu

Türkiyəli məşhur müğənni məhkəmə qərarı ilə Barış Manço oldu Siyasət
Türkiyəli müğənni Əhməd İşıq məhkəməyə müraciət edərək, mərhum müğənni Barış Mançonun adını almaq istədiyini bildirib və istəyinə çatıb.

News24.az-ın məlumatına görə, bu gündən sonra səhnələrə Manço kimi çıxacaq olan Əhməd İşıq bu hərəkətinə belə aydınlıq gətirib: "1998-ci ildə Adanadan istanbula ilk gəldiyimdə Barış abinin yanına getdim. Mənə səndə bir işıq var, mənə də çox bənzəyirsən demişdi və Əhməd İşıq adını o vermişdi. Manço adını almaqdan heç bir maddi qazanc gözləmirəm. Sadəcə, ona bütün qəlbimlə bağlıyam və onu çox sevirəm. Ailəsi ilə əlaqə saxlaya bilmədim.Ortalıqda vasitəçilik edən adamlar məni aldatdılar",- deyə Əhməd İşıq bildirib.

İlhamə
Türkiyəli məşhur müğənni məhkəmə qərarı ilə Barış Manço oldu