Elina üçün 162 saylı məktəbin həyətində ANIM AKSİYASI KEÇİRİLİR - FOTO - VİDEO
    • 12-04-2019, 11:09
    • 3 906

Elina üçün 162 saylı məktəbin həyətində ANIM AKSİYASI KEÇİRİLİR - FOTO - VİDEO

Bu gün aprelin 4-də özünü Bakıda yerləşən 162 saylı orta məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın xatirəsi anılıb. News24.az-ın məlumatına görə, məktəbin həyətinə səhər saatlarından etibarən onlarla insan toplaşaraq Elinanın ölümündən təəssüf hisslərini ifadə ediblər. İştirakçılar məktəbin darvazasına yumşaq oyuncaqlar, güllər qoyaraq Elinanın xatirəsini yad ediblər. 

Toplaşanlar arasında Elinanın sinif yoldaşları, şagirdlər, onun dostları olub.
Müxbir: Afaq Mirayiq 
Foto - Video : Fərid Şabanov