Dərsliklər tərtib edilərkən şagirdlərin yaş səviyyəsi nəzərə alınacaq
    • 30-05-2019, 16:15
    • 1 090

Dərsliklər tərtib edilərkən şagirdlərin yaş səviyyəsi nəzərə alınacaq

"Dərsliklərdə yer alacaq faktlar mötəbər mənbələrdən əldə edilməli, dərsliklər tərtib edilərkən şagirdlərin yaş səviyyəsi nəzərə alınmalıdır".

News24.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini İdris İsayev media nümayəndələri üçün keçirilən təlimdə deyib. İ.İsayev qeyd edib ki, dərsliklər tərtib edilərkən milli-mənəvi və bəşəri dəyərlərə zidd fikirlərə yer verilməməlidir: "Bununla bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq qaydalar hazırlanır".

İ.İsayev onu da əlavə edib ki, orta məktəblərdə psixoloji xidmətin ixtisaslı psixoloqlar tərəfindən yerinə yetirilməsi çox vacibdir: «Yeni qanunda bu məsələ geniş şəkildə əksini tapıb:"Bəzi hallarda məktəblərdə öz ixtisası üzrə oxumayıb, ixtisasartırma kursu keçən şəxslər psixoloq kimi fəaliyyət göstərirlər.

Digər məsələ isə psixoloq ştatının məktəblərdə rəsmi olaraq müəyyən edilməsidir. Bunun maliyyə tərəfləri var və müvafiq icra orqanı bunu təmin etməlidir", deyə nazir müavini bildirib.

Afaq Mirayiq