Bu təhsil müəssisələri fəaliyyətini DAYANDIRA BİLƏR: Rüsum tətbiq olundu
    • 27-06-2019, 19:15
    • 846

Bu təhsil müəssisələri fəaliyyətini DAYANDIRA BİLƏR: Rüsum tətbiq olundu

Bəzi təhsil müəssisələrinin akkreditasiyası üçün rüsumlar tətbiq olundu.

“Məktəbdənkənar təhsil müəssisələri üçün müəyyən olunmuş rüsumları artırmaq olmaz. Çünki xərclərin çoxluğu bu təhsil müəssisələrinin fəaliyyətinin dayanmasına səbəb ola bilər”.

News24.az
Redaktor.az-a istinadən xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

O, qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən məktəbdənkənar təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi zəruri idi: “Təhsil müəssisələri yarananda lisenziya almaq üçün dövlət rüsumu ödəyir. Lakin akkreditasiya üçün 5 il vaxt keçməlidir. Bu müddət ərzində məktəbdənkənar təhsil müəssisələrinin maddi-texniki bazası köhnəlir. Təhsil müəssisəsi hansısa bir rüsumun ödənilməsi üçün təhsil alanların təhsilhaqqını artırırsa, bu, onların rentabelli fəaliyyət göstərmədiyini göstərir. Bu cür məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyət göstərməsi lazım deyil. Məktəbdənkənar təhsil müəssisələri yüksək səviyyədə xidmət göstərməli və gəlir əldə etməlidirlər. Ölkəmizdə bu müəssisələrin gəlirlərini ancaq  şagirdlərin təhsilhaqqı üzərində qurublar.

Akkreditasiyanın pullu olması müvafiq qurumun ciddiyyətini artıracaq. Bəzi dövlət məktəbdənkənar təhsil müəssisələri akkreditasiyadan keçə bilmirlər. Çünki bu prosesə ciddi yanaşmırlar. Məktəbdənkənar təhsil müəssisələri orta məktəbin ibtidai sinfinin tələblərinə uyğun şagird hazırlığı həyata keçirə bilmir. Onların laboratoriyaları və maddi-texniki bazası zəifdir. Hətta psixoloji və fizioloji xidmətləri yox dərəcəsindədir. Akkreditasiya ciddi şəkildə təşkil olunarsa və  rüsum tələb olunarsa, qeyd olunan problemlər aradan qalxa bilər. Təhsil Nazirliyi akkreditasiya üçün resurslar cəlb edir və bu, daha çox universitetin özü üçün lazımdır. Buna görə rüsum tətbiq olunmalıdır”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında  "Dövlət rüsumu" haqqında qanuna edilən dəyişikliyə görə, məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 2000, məktəbdənkənar təhsil müəssisələri üçün 5000, orta ixtisas müəssisələri, əlavə təhsil müəssisələri və təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr üçün 12 000 manat məbləğində müəyyən edilib.