“Aşura günü” könüllü olaraq qanvermə aksiyaları davam edir 5809 NƏFƏR QAN VERDI -YENİLƏNDİ 4
    • 10-09-2019, 19:08
    • 1 078

“Aşura günü” könüllü olaraq qanvermə aksiyaları davam edir 5809 NƏFƏR QAN VERDI -YENİLƏNDİ 4

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları davam edir.

Nazirlikdən News24.az-a bildirilib ki, sat 18:00-a olan məlumata əsasən, 5 min 809 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub.

16.59
**
Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları davam edir.

Nazirlikdən News24.az-a bildirilib ki, saat 16:30-a olan məlumata əsasən 5 min 719 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 min 573 litr qan tədarük olunub.

***
16:09

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları davam edir.

Nazirlikdən News24.az-a bildirilib ki, saat 15:00-a olan məlumata görə, 5 min 401 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2430.5 litr qan tədarük olunub.

***
12:29

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" könüllü qanvermə aksiyaları davam edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, saat 12:00-a olan məlumata əsasən 3 510 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 1579.5 litr qan tədarük olunub.

***
09.25

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə «Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.

News24.az xəbər verir ki, aksiyalar Bakı şəhəri üzrə: Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu “Əjdər bəy” məscidi (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas” məscidi, “Sahibəzzaman” məscidi , Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı” məscidi, “İmam Rza” məscidi, Səbail rayonu “Bibiheybət” məscid ziyarətgahı və İçəri şəhər “Cümə məscidi”, Suraxanı rayonu “Qaracuxur” məscidi, Yasamal rayonu “Təzə pir” məscidi, “Hacı Soltanəli” və Hacı Cavad” məscidində keçirilir.

Bölgələrdə isə qanvermə aksiyaları Gəncə şəhəri “İmamzadə” kompleksi , Lənkəran şəhər Böyük bazar “Cümə” məscidi, Mingəçevir şəhəri “Heydər” məscidi, Sumqayıt şəhər “Cümə” məscidi, Şəki şəhəri “İmam Əli” məscidi, Mərkəzi Qan bankının Şirvan bölməsi və Şirvan şəhər məscidi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu “Bərdə İmamzadəsi”, Biləsuvar rayonu “Cümə” məscidi (mərasim zalı), Cəlilabad Mərkəzi rayon Xəstəxanası, Göyçay şəhəri “Əbülfəzlil Abbas” məscidi, Xaçmaz şəhər Məscidi, Qan bankının Quba bölgəsi, Masallı şəhər Cümə məscidi, Salyan şəhəri Hacı Tağı məscidində təşkil olunub.

Aksiyalar səhər 9:00-dan başlanıb.