ETSN ağac kəsən şəxs cəzalandırdı
    • 19-09-2019, 13:33
    • 814

ETSN ağac kəsən şəxs cəzalandırdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 ünvanında köküstə yaş 5 ağacın kəsildiyi aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinən News24.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların Yasamal rayon sakini Qəhrəman Məhərrəmov tərəfindən kəsildiyi və təbiətə 15300 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Bakı şəhər Prokurorluğuna göndərilib.

Afaq Mirayiq