“Bir gündə 650 min ağac əkək”  kompaniyasına "Azəriqaz" da QOŞULDU
    • 6-12-2019, 15:56
    • 470

“Bir gündə 650 min ağac əkək” kompaniyasına "Azəriqaz" da QOŞULDU

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda keçirilən “Bir gündə 650 min ağac əkək” kompaniyasına SOCAR-ın digər təşkilatları ilə yanaşı, “Azəriqaz” İstehsalat Birliyi də qoşulub.

"Azəriqaz" İB-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, aksiya çərçivəsində 15 növdən ibarət 5 min ağac tingi, dekorativ kol və güllər əkilib. Onlardan 2 mini Bakı və Abşeron yarımadasında, 3 mini isə regionlarda əkilib.

“Azəriqaz” İB-nin Bakı və Abşeron yarımadasında yerləşən, həmçinin respublika üzrə bütün regional struktur bölmələri məmnuniyyətlə bu tədbirdə iştirak ediblər.