İşgəncəyə məruz qalan uşaqlarla bağlı ARAŞDIRMA APARILIR
    • 13-12-2019, 14:10
    • 920

İşgəncəyə məruz qalan uşaqlarla bağlı ARAŞDIRMA APARILIR

Atası və ögey analığı tərəfindən işgəncəyə məruz qalan azyaşlılarla bağlı məsələ hərtərəfli araşdırılır.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib. Onun sözlərinə görə, Komitənin nümayəndələri, Baş Prokurorluq və İcra hakimiyyəti faktla əlaqədar araşdırma aparır:

"Bununla bağlı çox ciddi iş gedir. Bu hərəkətə yol verən şəxslər təbii ki, cəzalandırılacaqlar".

Qeyd edək ki, paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşlar ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalıblar. |azvision|