-
- 10-12-2019, 13:21
- 661
Sabunçuda zorakılğa məruz qalan azyaşlılarla bağlı bir neçə qurum araşdırma aparır
Sabunçu rayonunda valideynləri tərəfindən zorakılğa məruz qalan azyaşlılarla bağlı bir neçə qurum araşdırma aparır.
News24.az-ın xəbərinə görə, bunu 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan tədbirdə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib. Onun sözlərinə görə, insanların hüquqlarının qorunması yalnız dövlətin deyil, hər bir vətəndaşın borcudur:"Bizim ətrafımızda nə baş verirsə, ona laqeyd yanaşa bilmərik. Əgər qonşuda zorakılıq baş verərsə, qapını bərk örtüb gözlərimi yumub, qulaqlarımı tıxaya bilmərəm. Mütləq buna reaksiya vermək lazımdır. Bu yaxınlarda Sabunçu rayonunda ögey anayla atanın öz uşaqlarına qarşı zorakılığın törətmısi bir dəhşətdir. Biz bu gün Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhəri İcra Hakimiyyəti, hüquq mühafizə orqanları bununla bağlı araşdırma aparırıq. Bu qədər qanunlar, sənədlər olduğu təqdirdə nəticə nədir? Biz nəticəyə köklənərək addımlarımızı atmalıyıq. İlk olaraq gənclər öz hüquqıarını qorumağa bacarmalıdırlar. İnsan haqlarının pozulması və müdafiəsi ilk olaraq ailədən başlayır. Ailədə mübasibətlər necə formalaşırsa, ona uyğun addım atırıq".
Afaq Mirayiq