Qənirə Paşayeva yenidən parlament seçkilərinə qatılır
    • 23-12-2019, 21:50
    • 920

Qənirə Paşayeva yenidən parlament seçkilərinə qatılır

Beşinci çağırış Milli Məclisin deputatı Qənirə Paşayeva gələn ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
 
News24.az xəbər verir ki, bu barədə o, özünün feysbuk hesabında yazıb:
 
"Milli Məclisdə şərəflə və qürurla təmsil etdiyim 105 saylı Tovuz seçki dairəsindən yenidən deputatlığa namizədliyimi irəli sürməyə qərar verdim. İnanıram ki, seçicilərimin təkrar etimadını qazanacaq və növbəti 5 ildə də onları ləyaqətlə təmsil edəcəyəm".