Əmək pensiyaları 750 min nəfəri əhatə edib
    • 26-12-2019, 12:33
    • 706

Əmək pensiyaları 750 min nəfəri əhatə edib

"2019-cu il ərzində əmək pensiyalarının 72% artımı 450 milyon manat maliyyə yükü ilə 750 min nəfəri əhatə edib. Hazırda Azərbaycan MDB məkanında minimal pensiyanın beynəlxalq dollarla ifadəsinə görə 1-ci yerdədir".

News24.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkə başçısının Sərəncamı ilə 2019-cu ilin birinci rübündə pensiyalar 40% artaraq 116 manatdan 160 manata qaldırılıb:" Oktyabrın 1-dən ikinci sosial paket çərçivəsində  isə bu göstərici 160 manatdan 200 manata qaldırılaraq 660 min təqaüdçünün sosial rifahının yaxşılaşdırılmasına gətirib çıxarıb".

Afaq Mirayiq