Bakı metrosunda növbəti nasazlıq Qatar dayanmadı
    • 2-01-2020, 19:20
    • 1 019

Bakı metrosunda növbəti nasazlıq Qatar dayanmadı

Bakı metrosunda qatarda nasazlıq olub.  

Bu barədə News24.az-a “Bakı Metropoliteni”ni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.  

O bildirib ki, hadisə bu gün 18:40 radələrində yaşıl xətt üzrə hərəkət edən qatarda baş verib: 

“Metropolitenin “Yaşıl xətt” üzrə “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarlarından birində texniki nasazlıq olub. Qatar metronun “Elmlər Akademiyası” stansiyasında saxlamayıb. Həmin qatar “İnşaatçılar” stansiyasında saxlanılıb, sərnişinlər boşaldılıb və qatar depoya göndərilib. Onun yerinə xəttə yeni qatar buraxılıb”. 

Bəxtiyar Məmmədov qeyd edib ki, hazırda qatarların qrafik üzrə hərəkəti tam təmin olunub. 

Afaq Mirayiq