"Bu seçkilər Azərbaycanın tarixində...” - Məzahir Pənahov
    • 25-02-2020, 22:33
    • 667

"Bu seçkilər Azərbaycanın tarixində...” - Məzahir Pənahov

"Komissiya proseslərə yekun vurmaq qərarına gəlib. Hesab edirəm ki, bu seçkilər Azərbaycanın tarixində əhəmiyyətli hadisə hesab edilə bilər”.

News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu MSK sədri seçkilərə yekun vurulması ilə bağlı çıxışında deyib. O bildirib ki, bu seçkiyə kifayət qədər çoxlu namizəd qatıldı:

“Onların əksəriyyəti gənclərdən ibarət idi və Azərbaycan ictiamiyyətində tanınan həmvətənlərimiz idi. Bütün müraciətlər araşdırılıb. Qeyd edim ki, sosial şəbəkə fenomeni bu seçkilərin ayrılmaz atributuna çevrildi. 96 faiz məntəqələrdə səsvemrənin gedişinə kölgə salacaq hal baş verməyib. Bu seçkilərin ən ali mərtəbəsidir.

Ümumilikdə, proses ictimaiyyəti razı salıb. Razı qalmayanlar isə Seçki Məcəlləsinə uyğun addımlarını ata bilirlər. Komissiya üzvləri isə öz vəzifələrini yaxşı icra etdilər. Apelyasiya və Ali Məhkəmənin seçkilərlə bağlı fəaliyyəti hələ başa çatmayıb. Hesab edirəm ki, onlar da işlərini uğurlu şəkildə davam etdirəcəklər".