Yeni imtahan qrafiki təyin olunanda Təhsil Nazirliyi ilə razılaşdırılacaq
    • 21-04-2020, 12:27
    • 900

Yeni imtahan qrafiki təyin olunanda Təhsil Nazirliyi ilə razılaşdırılacaq

“Dərslərin 2 ay olmaması uşaqlara psixoloji cəhətdən təsir edir, amma bu, o demək deyil ki, onlara bu dərsləri mənimsəmək üçün şərait yaradılmayıb”.

News24.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yeni imtahan qrafiki təyin olunanda Təhsil Nazirliyi ilə razılaşdırılacaq: “Əsas məqsəd ədalətli olmağı qoruyub saxlamaqdır. Buna hər kəs əmin ola bilər”.