Azərbaycanda koronavirusla bağlı SON VƏZİYYƏT
    • 21-05-2020, 22:31
    • 551

Azərbaycanda koronavirusla bağlı SON VƏZİYYƏT

Bu gün Azərbaycanda 6887 koronavirus testi keçirilib.

News24.az xəbər verir ki, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, ölkə üzrə ümumilikdə 252 496 test keçirilib. Reanimasiyada olan xəstə sayı 63, süni tənəffüs cihazında olan xəstə sayı 13-dür.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 3749, virusdan ölənlər 44, sağalan xəstə sayı 2340, aktiv xəstələrin sayı isə 1365 nəfərdir.