Azərbaycanda 4078 koronavirus testi HƏYATA KEÇİRİLİB
    • 21-04-2020, 23:17
    • 826

Azərbaycanda 4078 koronavirus testi HƏYATA KEÇİRİLİB

Bu gün Azərbaycanda 4078 koronavirus testi həyata keçirilib.

News24.az-ın məlumatına görə, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Məlumata əsasən, ümumilikdə 102 764 nəfər testdən keçib.
Bildirilib ki, reanimasiyada olan xəstə sayı 18, süni tənəffüs cihazında olan xəstə sayı 7-dir.
Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 1480, virusdan ölənlər 20, sağalan xəstə sayı 865, aktiv xəstələrin sayı isə 595 nəfərdir./apa/