Koronavirusa yoluxan 2399 nəfər sağalıb, 46 nəfər VƏFAT EDİB
    • 22-05-2020, 17:22
    • 609

Koronavirusa yoluxan 2399 nəfər sağalıb, 46 nəfər VƏFAT EDİB

"Hazırkı dövrədək ölkəmizdə 3855 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2399 nəfər müalicə olunaraq sağalıb, 46 nəfər vəfat edib".

Bu barədə News24.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

1410 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 48 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.