Nazirlikdən veteran idmançılara DƏSTƏK - FOTO
    • 23-05-2020, 13:37
    • 848

Nazirlikdən veteran idmançılara DƏSTƏK - FOTO

Gənclər və Idman Nazirliyinin təşkilatçılığı, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin 30-dan artıq  könüllüsünün iştirakı ilə Bakı şəhəri və Bakı ətrafı qəsəbələrdə yaşayan 70-dən artıq idman veteranına yardım göstərilib. 

News24.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Yardım göstərilənlər sırasında  Yaşar Məmmədov, Rafiq Məlik-Yeqanov, Tofiq Babanlı, Lyudmila Şubina, Rəfiqə Şabanova, Elxan Əliyev, Camal Yaqubov, Şahmar Mustafayev, Məryəm Bağbanlı, Yaqub Məmmədov, İsmayıl Əbdülqədir, Elmira Hüseynova, Züleyxa Hacıyeva və digər veteran idmançılar olub.