600 abonent qazsız qalacaq – Səbəb

600 abonent qazsız qalacaq – Səbəb Sosial

Sabah Sumqayıt şəhərində 600 abonentin qaz təchizatında fasilə yaranacaq.

News24.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

Balans qovşaqlarının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 21 noyabr saat 10:00-dan etibarən 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq. İşlər bitdikdən sonra qazın verilişi bərpa olunacaq.