Ağdamdan Bakıya köçürülən iki azyaşlının taleyinə aydınlıq gətirildi - Rəsmi

Ağdamdan Bakıya köçürülən iki azyaşlının taleyinə aydınlıq gətirildi - Rəsmi Sosial

Bir müddət öncə Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaqlar müvafiq müəssisəyə yerləşdiriliblər.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaqlarla bağlı məlumat daxil olduğu ilk andan prosesə cəlb edilib.

"Aparılan qiymətləndirmənin nəticəsinə əsasən iki azyaşlı qardaş aidiyyəti qurumlarla koordinasiyalı şəkildə səhiyyə müəssisəsinə yerləşdirilərək müayinə və müalicə prosedurlarına cəlb edilib. Ötən dövrdə Agentlik tərəfindən hər iki uşağın vəziyyəti diqqətdə saxlanılıb və azyaşlıların mənafeyinə uyğun addımların atılması məqsədilə aidiyyəti qurumlarla iş aparılıb. Müvafiq tibbi xidmətlər göstərilən azyaşlılardan biri müalicə və müayinələri bitdikdən sonra körpələr evinə, digəri isə reabilitasiya prosesinin davam etdirilməsi məqsədilə Səhiyyə Nazirliyinin müvafiq müəssisəsinə yerləşdirilib", - məlumatda qeyd olunub.

Nilufər