Azərbaycanda ilk: Sümük iliyi xəstələrinə şad xəbər
Sosial
"Gələn ildən sümük iliyi transplantasiyalarında xarici donorların resurslarından istifadə olunacaq".
News24.az xəbər verir ki, bu barədə Yeni Klinikada keçirilən brifinqdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
O bildirib ki, bu istiqamətdə danışıqlara artıq başlanılıb:
“Az sayda da olsa, növbəti ildən digər ölkələrin donor banklarından istifadə edilərək sümük iliyi transplantasiyaları həyata keçiriləcək. Bu, sahədə mühüm bir irəliləyişdir”.
Həmçinin V.Qurbanov Sümük İliyi Transplantasiyası Mərkəzində uyğunluq testlərinin aparılması üçün laboratoriyaların tam hazır olduğunu qeyd edib:
“Gələn ilin ortalarına yaxın xarici donorların sümük iliyi vasitəsilə həyata keçirilən transplantasiya əməliyyatlarını görəcəyik”.