Azərbaycanda rekord: Əcnəbi işçilərin sayı sürətlə artır
Sosial
Azərbaycanda əmək fəaliyyətini həyata keçirməyə iş icazəsi verilmiş əcnəbilərin sayı açıqlanıb.
News24.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, cari ilin 10 ayı ərzində əcnəbilərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 9819 müraciət daxil olub. Qeyd edək ki, ötən il bu göstərici ümumilikdə 9 357 olub. (Bizim.Media)