"Bağışla, qoruya bilmədim səni..." - Foto

"Bağışla, qoruya bilmədim səni..." - Foto Sosial

Noyabrın 21-də Yasamalda baş verən yanğında həlak olan 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov sosial şəbəkə hesabında təsirli paylaşım edib.

News24.az xəbər verir ki, "TikTok” hesabında qızı ilə birlikdə görüntüləndiyi fotonu paylaşan vəkil övladını qoruya bilmədiyinin təəssüfünü vurğulayıb.

"Balam, sən göylərə qovuşdun. Mən isə bu dünyada sənin həsrətinlə nəfəs almağa davam edəcəyəm. Bağışla, qoruya bilmədim səni...”

Qeyd edək ki, paytaxtdakı çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 3 nəfər həlak olub, 27 nəfər isə xəsarət alıb.

"Bağışla, qoruya bilmədim səni..." - Foto