"Bəzi məktəblərin pəncərəsi neylon örtüklə bağlanır"
Sosial
"Təhsil sistemimizdə problemlər var".
News24.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Tənzilə Rüstəmxanlı təhsil sistemində mövcud olan çatışmazlıqlarla bağlı danışarkən bildirib. O qeyd edib ki, ölkənin bəzi bölgələrində məktəblərin vəziyyəti hələ də qənaətbəxş deyil:
"Qışın soyuq günlərində belə bəzi məktəblərin pəncərələrinin hələ də neylon örtüklə bağlandığının şahidi oluram. Bu vəziyyət həm tədris prosesinə, həm də uşaqların sağlamlığına ciddi təsir göstərir"
Tənzilə Rüstəmxanlı qeyd edib ki, son illərdə bir çox kənd və rayon məktəblərində ciddi yenilənmələr aparılsa da, problemlər tam aradan qalxmayıb:
"İnfrastrukturun bərabər inkişaf etməsi vacibdir və hələ də köhnə, təmirə ehtiyacı olan məktəblər mövcuddur. Mən burdan məsul qurumlara çağırış edirəm və bu istiqamətdə nəzarətin gücləndirilməsini, qış mövsümündə məktəblərin vəziyyətinə xüsusi diqqət ayrılmasını xahiş edirəm".