Bəzi yerlərdə yağış yağır, duman müşahidə olunur

Bəzi yerlərdə yağış yağır, duman müşahidə olunur Sosial

Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 1-i saat 19:00-a olan məlumatına əsasən, Şahbuz, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Tərtərdə arabir yağış yağır.

Yevlax, Sabirabad, Zərdab, Şərur, Sədərək, Şamaxı, Qobustan, Balakəndə duman müşahidə olunur.

Dumanda görünüş 200 metrədək məhdudlaşır.