Bu şəxslərə birdəfəlik yardım veriləcək
Sosial
"Hər il olduğu kimi, bu il də 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar sosial müdafiəyə daha çox ehtiyacı olan əlilliyi olan şəxslərin Sosial Xidmətlər Agentliyi tərəfindən birdəfəlik maddi yardımla təmin olunması nəzərdə tutulub".
News24.az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bununla bağlı qeyd edilən kateqoriyaya aid şəxslərin müraciətləri Agentliyin regional filialları və elektron ünvanı vasitəsilə qəbul edilib və müraciətlərin qəbulu prosesi artıq başa çatıb.