Bu tarixdə Bakıda qar yağacaq

Bu tarixdə Bakıda qar yağacaq Sosial

Bakıda yanvar ayında qar yağacağı ehtimal olunur.

News24.az "Metbuat.az"a istinadla xəbər verir ki, bu barədə “AccuWeather” platformasının proqnozlarında göstərilir.

Proqnozlara əsasən, gələn ilin yanvarın 20, 21 və 23-də paytaxtda yağış və qar gözlənilir. Havanın temperaturu gündüz 8° isti, gecə isə 3° isti göstərilir.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti şəhərdə qarlı hava ilə bağlı hazırlıq işlərinə başlanıldığını bildirib.