Dövlət Gömrük Komitəsi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Dövlət Gömrük Komitəsi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq Sosial
Dövlət Gömrük Komitəsi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə News24.az-aDövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Komitədən bildirilib ki, xidmətin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin sərəncamına əsasən, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük-sərhəd keçid məntəqələri və Komitənin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Sevinc YASİNQIZI