Elmira Rəhimovanın vəziyyəti açıqlandı
Sosial
Xalq artisti Elmira Rəhimovanın vəziyyəti açıqlanıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Bakı Sağlamlıq Mərkəzindən məlumat verilib.
Bildirilib ki, xalq artistinin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.
Qeyd edək ki, bir müddət əvvəl Elmira Rəhimovanın oğlu xalq artistinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat vermişdi.