"Eurovision" səsvermə qaydalarını dəyişdi – Səbəb

"Eurovision" səsvermə qaydalarını dəyişdi – Səbəb Sosial

Avropa Yayım Birliyi (EBU) İsrailin son yarışlarda qeyri-adi dərəcədə yüksək xal toplaması ilə bağlı yaranan mübahisələrdən sonra “Eurovision”un səsvermə sistemində mühüm dəyişikliklər edib.

News24.az xəbər verir ki, yeni qaydalara görə, bir iştirakçının səs ala biləcəyi maksimum ölkə sayı 20-dən 10-a endirilir. Bundan başqa, yarımfinal mərhələsində münsiflərin səsi yenidən tətbiq olunacaq və xalq–münsif nisbəti dəyişdiriləcək. Eyni zamanda, səsvermədə koordinasiyalı fəaliyyət və ya fırıldaqçılığı aşkarlamaq üçün texniki monitorinq daha da gücləndiriləcək.

Qayda dəyişiklərinin son illərdə İsrailin xal toplamasında müşahidə olunan şübhəli dərəcədə yüksək nəticələr fonunda edildiyi və bunun yarışın birləşdirici ruhuna zidd olduğu vurğulanır.