İcbari tibbi sığortadan istifadə edənlərin sayı artdı

İcbari tibbi sığortadan istifadə edənlərin sayı artdı Sosial

"Cari ilin ilk 10 ayı ərzində 4 milyon 800 mindən çox vətəndaş, yəni əhalinin 50%-i icbari tibbi sığortadan yararlanıb".

News24.az xəbər verir ki, bu sözləri Gəncə şəhərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən media nümayəndələri üçün keçirilən təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

Onun sözlərinə görə, bu müraciətlər üzrə ümumilikdə 77 milyondan çox tibbi xidmət göstərilib. Bu, bizim üçün həm xidmət yükünü, həm də vətəndaşların sistemə olan inamını göstərən mühüm rəqəmlərdir.

Qeyd edim ki, ötən ilin eyni dövrü ilə müqayisədə də artım müşahidə olunur. Keçən il ilə müqayisədə müraciətlərin sayında 4%, xidmətlərin sayında isə 12% artım olub.

Ötən ilin ilk 10 ayı ilə müqayisədə bu ilin ilk 10 ayında həm əməliyyatların, həm də prosedurların sayında 5% artım olub. Bu artım tibbi xidmətlərə olan əlçatanlığın yüksəldiyini göstərir".