İki tanker toqquşdu, birinin gövdəsi parçalandı - FOTO

İki tanker toqquşdu, birinin gövdəsi parçalandı - FOTO Sosial
Malta bayrağı altında üzən “ASEEM” tankeri lövbərdə duran Honq Konq bayraqlı “SNINYO OCEAN” adlı tankerə çırpılıb.  “SHINYO OCEAN” tankerinin gövdəsi güclü zərbədən parçalanıb. 

News24.az SeaNews-a istinadən xəbər verir ki, qəza Oman Körfəzi yaxınlığında baş verib.

İlkin məlumata görə, qəzaya“ASEEM” tankeri səbəb olub.

Buna görə də hadisənin təfərrüatlarının dəqiqləşdirilməsi üçün tanker lövbərdə saxlanılıb.